Cümə , Sentyabr 24 2021
Ana səhifə / İdman / Daha bir azərbaycanlı futbolçu Türkiyə çempionatında oynayacaq

Daha bir azərbaycanlı futbolçu Türkiyə çempionatında oynayacaq

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə çempionatında çıxış edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu gün Azərbaycan Kubokunu qazandığı “Keşlə” klubundan ayrıldığını bildirən 25 yaşlı hücumçu qardaş ölkənin I divizionunda oynayacaq.
O, artıq bazar ertəsi Türkiyəyə yola düşəcək. Onun xidmətində maraqlı olan klublar “Keçiörəngücü”, “Menemen Bələdiyyəspor” və Super Liqadan düşmüş “Dənizlispor”dur.
Qeyd edək ki, hazırda Türkiyə I divizionunda Azərbaycandan yalnız Araz Abdullayev oynayır. O, “Boluspor”da çıxış edir.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …