Bazar , Oktyabr 2 2022
Ana səhifə / İdman / Daha 3 boksçumuz beynəlxalq turnirin yarımfinalında

Daha 3 boksçumuz beynəlxalq turnirin yarımfinalında

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə dörddəbir final mərhələsinin döyüşləri başa çatıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı yarımfinalda iştirak hüququ qazanıb.

Hindistanlı Tali Taba ilə qarşılan Kənan Babayev (48 kq) inamlı qələbə qazanıb. Avropa çempionumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. K.Babayev finala vəsiqə uğrunda qazaxıstanlı Uslam Seksenbayevlə üz-üzə gələcək.

Turnirdə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz fransalı Mobir Trbiçlə üz-üzə gəlib. Gərgin keçən döyüşü boksçumuz aktivinə yazıb – 3:2. O, yarımfinalda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirəcək.

Fətəli İsmayılov (80 kq) da rinqdən qalib ayrılıb. Denis Dahlla (Norveç) döyüşən idmançımız görüşün taleyinin ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan F.İsmayılov yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşacaq.

Dörddəbir final mərhələsinin yekuna əsasən, 4 boksçumuz yarışda özü üçün ən azı bürünc medalı təmin edib. Bu idmançılardan əvvəl Səbuhi Əlizadə (+92 kq) də adını yarımfinala yazdırıb. Onun rəqibi İvan Yermolenko (Qazaxıstan) olacaq.

Qeyd edək ki, 21 ölkədən 189 idmançının gücünü sınadığı yarışda qalib sentyabrın 18-də müəyyənləşəcək.

Həmçinin oxuyun

“Azarkeşlər matçdan zövq aldılar” – Qurban Qurbanov

“Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi”. Bunu “Qarabağ”ın baş …