Çərşənbə , May 22 2019
Ana səhifə / İdman / Cüdoçumuz Praqada gümüş medal qazandı

Cüdoçumuz Praqada gümüş medal qazandı

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahi olub.

Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

Həmçinin oxuyun

“ Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

“Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid …