Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Cüdoçumuz erməni rəqibinə qalib gəlib

Cüdoçumuz erməni rəqibinə qalib gəlib

Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.

Belə ki, mötəbər yarışın 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq 2-ci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. (Azvision.az)

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …