Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.

Onların hamısı kişilərin mübarizəsinə qatılıb.

90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.

100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.

100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq. (Report)

Qeyd edək ki, Böyük Dəbilqəyə bu gün yekun vurulacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …