Ana səhifə / İdman / Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Cüdoçularımız Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın daha 5 cüdoçusu bu gün Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gələcək.

100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya), Zelim Kotsoyev 1/16 finalda Nulixan Şarxan (Qazaxıstan) – Mert Şişmanlar (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

100 kq-dan yuxarı çəkidə yer alan İmran Yusifov 1/16 finalda Marius Fizellə (Slovakiya), Uşangi Kokauri isə eyni raundda Mirça Kroytoru (Rumıniya) – Lorenzo Aqro Silvayn (İtaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

Əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməyib.

Həmçinin oxuyun

Premyer Liqada çıxış edən klublara nə qədər vəsait ayrılacaq?

Dövlət futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait …