Ana səhifə / İdman / Cüdoçularımız Avropa Kuboku yarışının ilk günü 2 qızıl medal qazandılar

Cüdoçularımız Avropa Kuboku yarışının ilk günü 2 qızıl medal qazandılar

Azərbaycan milli yığma komandası üçün Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun ilk yarış günü müvəffəqiyyətlə başa çatıb.

Azinforum.az xəbər verir ki, Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk yarış günündə Azərbaycan milli komandası aktivinə 2 qızıl və 1 bürünc medal qazandırıb.

Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub.

60 kq çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …