Azinforum.az Federasiyanın saytına istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda ilk günün qalibləri müəyyənləşib.

Oğlanların yarışında Amin İsayev (30 kq), Həsən Əhmədov (34 kq), Rəhim Mirzəyev (38 kq) və Əli Hacıyev (42 kq) çempionluq sevinci yaşayıblar. Qızların mübarizəsində isə Züleyxa Nağıyeva (28 kq), Xumar Qasımzadə (32 kq), Fidan Qasımova (36 kq) və Nigar Şahməmmədova (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xatırladaq ki, turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.

Qeyd edək ki, 39 komandadan 563 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq.