Sosial şəbəkədə biz:
Cüdo miilimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu
Xəbər Şəkli

Cüdo miilimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

04 May 2026, 08:11
İdman

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turniri başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanın cüdo millisi yarışı 3 bürünc medalla başa vurub.

Bu gün təmsilçilərimizdən Camal Qamzatxanov (+100 kq) və Uşanqi Kokauri (+100 kq) üçüncü pilləyə yüksəliblər.

Bununla da yığmamız turniri 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, daha öncə təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı./Apasport.az