Şənbə , May 28 2022
Ana səhifə / İdman / Cüdo Federasiyası Putini təşkilatdan çıxardı

Cüdo Federasiyası Putini təşkilatdan çıxardı

Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiya Prezidenti Vladimir Putini və milyarder Arkadi Rotenberqi təşkilatdakı bütün vəzifələrindən uzaqlaşdırıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Rusiyanın dövlət başçısı və dostu dünya cüdo rəhbərliyi ilə sıx bağlı idi. Bundan əlavə, Rotenberq Rusiya Hokkey Federasiyasının idarə heyətinin rəhbəridir.

Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası fevralın 27-də Putinin təşkilatın fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edib. Rusiya Ukraynada müharibəyə başladıqdan sonra bu ölkənin demək olar, bütün idmanı xarici turnirlərdən təcrid olunub.

Həmçinin oxuyun

Premyer Liqada çıxış edən klublara nə qədər vəsait ayrılacaq?

Dövlət futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hər birinə eyni məbləğdə vəsait …