Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / ÇL: “Qarabağ” “Sileks”i darmadağınla keçdi

ÇL: “Qarabağ” “Sileks”i darmadağınla keçdi

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə Şimali Makedoniya “Sileks”ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
“Qarabağ” Çempionlar Liqasında ardıcıl 7-ci mövsümdür çıxış edirsə, “Sileks” bu yarışa Şimali Makedoniya çempionu “Vardar”ın lisenziyadan keçməməsi səbəbindən gümüş medalçı kimi qatılır. Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün növbəti raunda vəsiqənin taleyini məhz Bakıdakı görüş həll edəcək.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
Çempionlar LiqasıI təsnifat mərhələsi18 avqustQarabağ (Azərbaycan) – Sileks (Şimali Makedoniya) 4:0Qollar: Xayme Romero, 11, Vild-Donald Gerye, 40; 51, Mahir Emreli, 80
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli.Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.Sileks: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski.Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna).Hakim-inspektor: Atilla Abraham (Macarıstan).UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna).Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …