Ana səhifə / İdman / Çempionlar Liqası: “Vilyarreal” “Bavariya”nı mübrizədən kənarlaşdırdı

Çempionlar Liqası: “Vilyarreal” “Bavariya”nı mübrizədən kənarlaşdırdı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Belə ki, “Bavariya” ilk matçda 0:1 hesabı ilə uduzduğu “Vilyarreal”la doğma meydanda üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Vilyarreal” yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya) – 1:1

Qollar: Levandovski, 52, – Çukvueze, 88 

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

Həmçinin oxuyun

UEFA Avropa Liqasının qalibi bəlli olub

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub. Turnirin final oyununda Şotlandiya “Reyncers”ini məğlub edən …