Çempionlar Liqası: Birbaşa vəsiqə qazanan bütün klublar müəyyənləşib
2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanan 29 komandanın hamısı müəyyənləşib.
Bu, İtaliya A Seriyasında sonuncu - XXXVIII turunun oyunlarından sonra dəqiqləşib.
"Roma" və "Komo" klubları Liqa mərhələsində iştirak hüququ əldə edib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan klublar
İspaniya: "Barselona", "Real", "Vilyarreal", "Atletiko", "Betis".
Almaniya: "Bavariya", "Borussiya" (Dortmund), "Leyptsiq", "Ştutqart".
İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul".
Fransa: PSJ, "Lans", "Lill".
İtaliya: "İnter", "Napoli", "Roma", "Komo"
Portuqaliya: "Sportinq", "Portu"
Niderland: PSV, "Feyenoord"
Türkiyə: "Qalatasaray"
Ukrayna: "Şaxtyor"
Çexiya: "Slaviya"
Belçika: "Brügge"
Xatırladaq ki, son 7 vəsiqənin sahibi avqustun sonunda bəlli olacaq.