Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub.

“Old Trafford”da ev sahibi “Mançester Yunayted” hazırda turnirin lideri “Çelsi”ni qəbul edib.

Birinci hissədə topa daha çox “zadəganlar” sahib olsa da, oyunda hesab yalnız ikinci hissədə “qırmızı şeytanlar” tərəfindən açılıb. Sanço 10 oyundan sonra klubun heyətində Premyer Liqadakı ilk qolunu vurub.

Lakin “mankunian”ların sevinci uzun çəkməyib. “Çelsi”li Jorjinyo penaltidən hesabı bərabərləşdirib.

“Çelsi” – Mançester Yunayted” 1:1

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …