Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Çelsi” Bakıdan qayıdanda nə baş verib…

“Çelsi” Bakıdan qayıdanda nə baş verib…

“Çelsi”nin baş məşqçisi Antonio Konte İngiltərə Premyer-Liqasında “Liverpul”la oyun öncəsində keçirilmiş mətbuat konfransında Azərbaycanda “Qarabağ”la keçirdikləri matçdan sonra Londona qayıdarkən qorxulu anlar yaşadıqlarını bildirib.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Konte baş verənlərlə bağlı deyib:

“Azərbaycandan qayıdarkən təyyarənin enişi vaxtı problemlər baş verdi. Güclü külək üzündən təyyarə ilk cəhddən hava limanında yerə enə bilmədi və ikinci dövrəyə qalxdı. İkinci cəhd uğurlu oldu, amma etiraf edim ki, az da olsa qorxduq”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …