Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / İdman / “CBC Sport”un dörd əməkdaşı işdən ayrıldı: Telekanalda nə baş verir?

“CBC Sport”un dörd əməkdaşı işdən ayrıldı: Telekanalda nə baş verir?

“CBC Sport” telekanalında daha dörd nəfər jurnalist işindən ayrılıb. Prosport.az-ın xəbərinə görə, bunlar İsmayıl Abdullayev, Fərid Axundov, Emin Ağa və Əli Cəfərovdur.

Onların ayrılmasının müxtəlif səbəbləri var. Lakin hər birinin ayrılmasının kökündə müəyyən mənada maliyyə məsələsi də durur. Belə ki, “CBC Sport” maliyyə vəsaitinin azlığı ucbatından bəzi verilişləri bağlamalı olub. “Neftçi TV”də də işləyən şərhçi İsmayıl Abdullayev bundan sonra TV.Net provayderinin verdiyi oyunları şərh edəcək. Fərid Axundov Türkiyədə doktorantura təhsili alacaq. Emin Ağa yeni yaradılmış idman saytında, Əli Cəfərov isə “Xəzər TV”də işə başlayıb.
Telekanal yaxın günlərdə yeni müxbir və şərhçilərin tapılması üçün kastinq elan edib. Bəlli məsələdir ki, TV təcrübəsi olmayan yeni əməkdaşlar daha az maaşa çalışmağa razılıq verəcəklər. Emin Ağanın aparıcısı olduğu “Bizim idman” verilişini isə bundan sonra tanınmış jurnalist Pərviz Musayev aparacaq.

Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli AFFA-da Mətbuat Xidmətinin rəhbəri təyin olunduğundan “CBC Sport”dan ayrılmalı olmuşdu.  

Həmçinin oxuyun

Millimiz UEFA Millətlər Liqasında qələbə qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.Komanda ikinci oyununda səfərdə Monteneqro …