Ana səhifə / İdman / Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı araşdırma aparılır.

Bu barədə “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra ətraflı məlumat verilə bilər”, – o bildirib.

Oyun alqı-satqısında şübhəli bilinən qarşılaşmanın videoicmalını təqdim edirik:

Həmçinin oxuyun

UEFA rəhbəri “Real Madrid” prezidentini irqçi və axmaq adlandırıb

UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialeslə yazışarkən “Real Madrid”in …