Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Bu komanda heç bir rəqibdən çəkinmir” – Qurban Qurbanov

“Bu komanda heç bir rəqibdən çəkinmir” – Qurban Qurbanov

Azərbaycan Kubokunun 1/4 finalının cavab qarşılaşmasında “Qəbələ”ni səfərdə 3:0 hesabı ilə məğlub edən “Qarabağ” adını yarımfinala yazdırıb.

Qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

“Topa sahiblənmədə, topla davranışda biraz çətinlik çəkdik. Bunun da səbəbləri var idı. İlk hissənin əvvəlində meydançanın vəziyyəti daha yaxşı idi. Ancaq sonradan dedilər ki, meydançada problem var və su vurmadılar. Buna görə topun meydanda hərəkəti çətinləşdi. Bu amil oyunun tempini aşağı saldı. Ancaq ümumi götürdükdə, baxmayaraq ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişdik, yenə də futbolçularda qələbə üçün istək vardı. Oyunun nizam-intizamını qoruyub saxlamaq istəyirdilər. Futbolçularımı təbrik edirəm. Qarşılarına qoyulan məqsədi yerinə yetirə bildilər və yarımfinala vəsiqə qazandıq”.

Qurban Qurbanov rəqib komanda haqda da fikirlərini səsləndirib:

“”Qəbələ”yə uğurlar arzu edirəm. Bu gün “Qəbələ”nin heyətinə baxıb köməkçilərimə dedim ki, bu komanda heç bir rəqibədən çəkinmir və çalışırlar ki, hücum potensialını yaxşılaşdırsınlar. Bu gün də hücumda daha çox futbolçu gördük. İnanıram ki, “Qəbələ” daha yaxşı oyunlar sərgiləyəcək, daha yaxşı nəticələr əldə edəcək. Çünki bu şəhərin, bu komandanın yaxşı nəticəyə ehtiyacı var. Buna layiqdilər. “Qəbələ” komandasına uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Qarabağ” final mərhələsində “Səbail” – “Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq.  /Qafqazinfo

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …