Cümə , Noyabr 22 2019
Ana səhifə / İdman / “Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir” – IMF

“Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir” – IMF

Bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf olacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.

Hesabata görə, ötən il ÜDM artımı 1% civarında olsa da, 2024-cü ildə 2,4%-ə bərabər olacaq.

İstehlak qiymətlərinə gəldikdə isə IMF hesab edir ki, Azərbaycanda bu il 2,8%-lik, 2020-ci ildə isə 3%-lik, 2024-cü ildə isə 3%-lik inflyasiya qeydə alınacaq. Ötən il isə bu rəqəm 2,3%-ə bərabər olub.

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5%-ə səviyyəsində qeyd olunub.

Cari hesab balansı isə 2018-ci ildə 12,9% olduğu halda, bu il 9,7%, 2020-ci ildə 10%-ə, 2024-cü ildə isə 7,6%-ə bərabər olacaq.

Həmçinin oxuyun

Azərbaycan futbolunda növbəti biabırçılıq – hakimi döydülər

AFFA-nın İntizam Komitəsi Birinci Liqada çıxış edən “Baku Fans”ın futzalçısı Eldost Paşayevi 10 oyunluq cəzalandırıb. …