Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / İdman / Bu gün “Qalatasaray“ və “Fənərbağça“ üz-üzə gələcək

Bu gün “Qalatasaray“ və “Fənərbağça“ üz-üzə gələcək

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.

“Qalatasaray” və “Fənərbağça” komandaları arasında oynanılacaq prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edəcək. “NEF Stadionu”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.

İki kollektiv indiyədək Superliqada 128 dəfə üz-üzə gəlib. Bunların 35-də meydan sahibləri, 50-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də “sarı-lacivərdlilər”in aşkar üstünlüyü var – 158:123.

Derbi öncəsi “Qalatasaray”ın heyətində 2 itki var. Arda Turan və Saşa Buy vacib görüşü buraxacaq. “Fənərbağça”da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, hazırda “Qalatasaray” 21 xalla 6-cı, rəqibindən 1 xal az toplayan “Fənərbağça” isə 8-ci pillədə qərarlaşıb.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …