Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

“Report” xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Qəbələ” debütant “Sabah”ı qəbul edəcək. “Sabah” ilk dövrədə rəqibini Marko Deviçin qolu ilə üstələməyi bacarıb. Son turlarda toparlanmağı bacaran meydan sahibləri həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Hazırda “Qəbələ” 9 xalla 6-cı, “Sabah” isə 16 xalla 4-cü pillədə qərarlaşıb.

Hesabat turuna “Zirə” – “Səbail” görüşü ilə yekun vurulacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün qəsəbə təmsilçisi rəqibini “Bakcell Arena”da qəbul edəcək.

Bu komandalar arasında ilk dövrədə baş tutmuş dueldə Rahid Əmirquliyev və Pərdis Fərcad-Azadın qarşılıqlı qolları ilə heç-heçə qeydə alınsa da, matçın nəticəsi “Zirə”nin limiti pozması səbəbindən ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli olduğu halda, zirəlilər buna əməl etməyib. Bu komandaların əvvəlki 5 oyunundan 3-də uduzan tərəf “Səbail” olub. Bir görüşdə isə heç-heçə qeydə alınıb.

Sonuncu – 8-ci sırada olan “Zirə”nin 4 xalı var. “Səbail” isə 16 xalla 3-cü yerdədir.

Qeyd edək ki, ilk oyun günündə “Neftçi” “Keşlə”ni 1:0, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, X tur

4 noyabr (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu

I dövrə – 0:1

19:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Bakcell Arena”

I dövrə -:

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …