Bazar , Yanvar 24 2021
Ana səhifə / İdman / Bu gün Azərbaycanda futbol çempionatına “STOP“ qoyulur

Bu gün Azərbaycanda futbol çempionatına “STOP“ qoyulur

Bu gün AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klubları rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçiriləcək.

İki gün öncəki toplantıda masaya yatırılan məsələlər barədə qərar məhz indi veriləcək.

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən qəbul etdiyi sərtləşdirilmiş qərarlar açıq havada idman yarışlarına şamil edilməyib.

Bu məsələ sərtləşdirilmiş karantin müddətində (2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək) fəaliyyətinə icazə verilən sahələr siyahısında yer alıb.

Belə ki, həmin müddətdə tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkilinə icazə verilir.

Bu isə o deməkdir ki, Azərbaycan çempionatı da daxil olmaqla, açıq havada yarış keçirmək mümkündür. Amma və lakin…

Sportinfo-nun yazdığına görə, AFFA Premyer Liqanın 12-ci turu kimi, qarşıdakı iki turunu da təxirə salmağa hazırlaşır. Ümumiyyətlə, yarışın builki hissəsinə vaxtından əvvəl vurulması nəzərdə tutulur.

Belə deyək, qış fasiləsinin elan olunması üçün artıq dekabrın son həftəsini gözləmək lazım gəlməyəcək.

Klublara 40 günlük istirahət və hazırlıq dönəmi tanınacaq. Mövsümün qalan bölümü gələn ayın 20-dən sonra start götürəcək – hər halda gündəmdəki ən real plan bundan ibarətdir.

Düzdür, bildiyimizə görə, bəzi klublar bununla razılaşmır və AFFA-ya etiraz edir. Ancaq federasiya koronavirusa yoluxma hallarının bütün elita ailəsini əhatə etməsini önə çəkərək, ikinci dövrənin son 3 turunu gələn ilə keçirməkdə israrlıdır.

Ölkə kubokunun 1/8 final mərhələ oyunlarının vaxtının 24 dekabrdan irəli çəkilməsi ehtimalı da öz aktuallığını qoruyur.

Həmçinin oxuyun

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə …