Çərşənbə axşamı , Noyabr 30 2021
Ana səhifə / İdman / Bu gün AFFA-ya yeni prezident seçiləcək

Bu gün AFFA-ya yeni prezident seçiləcək

Bu gün AFFA-nın növbəti Konfransı və İcraiyyət Komitəsinin iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, saat 10:00-da start götürəcək konfransda assosiasiyanın yeni prezidenti müəyyənləşəcək.

AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev yenidən bu posta namizədliyini irəli sürüb. O, AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, bu vəzifəyə namizədliyini verib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.

Qeyd edək ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidentin kimliyinə də aydınlıq gələcək. Yeni vəzifəyə indiki baş katib Elxan Məmmədov seçilsə, onun əvvəlki baş katib postuna da təyinat rəsmiləşəcək.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …