Şənbə , Noyabr 28 2020
Ana səhifə / İdman / “Bu, “Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi “Qarabağ” deyil”

“Bu, “Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi “Qarabağ” deyil”

“Roma”nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.

– Perotti və Nainqqolanın son durumları necədir?

– Hər ikisi sabahkı matçda meydanda olacaq. Bu xəbər hamımızı sevindirir. Amma Kolarovun vəziyyətinə diqqət yetirməliyik. O, SPAL-la matçda çox yorulub. Ancaq o da sabah meydana çıxa bilər.

– Digər matçda “Atletiko”dan sizə sərf edəcək nəticə gözləyirsinizmi?

– Biz öz oyunumuz haqda fikirləşirik. Hər bir turnirdə olduğu kimi Çempionlar Liqasında da taleyimiz öz əlimizdədir. “Qarabağ”ı məğlub edib növbəti mərhələyə yüksəlmək istəyirik.

– “Qarabağ”la oyunda sürpriz nəticə qeydə alına bilər?

– Onlar çox yaxşı komandadır. “Qarabağ” Madriddəki görüşdə “Atletiko”ya qarşı yaxşı oyun sərgiləyib. Bu, “Çelsi”nin ilk turda Londonda böyük hesabla üstələdiyi “Qarabağ” deyil.

– “Qarabağ”la ilk görüşdən sonra komandanızda nə dəyişib?

– Komandada çox şey dəyişib. Bakıdakı kimi, yenə “Qarabağ”ı məğlub etməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.

– Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?

– “Qarabağ”la matç bitəndən sonra bu barədə danışarıq. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam, bundan sonra da belə davranacam.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …