Şənbə , Avqust 20 2022
Ana səhifə / İdman / Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Kriştianu Ronaldunu transfer etmək istəyir

Braziliyanın “Korintians” klubu İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.

Bu barədə klubun prezidenti Duilio Monteyro məlumat verib.

O bildirib: “Bəli, mən onun yanımızda olmasını istərdim. Özümü “Korintians” üçün daha yaxşı ola biləcək hər şeyi sınamağa borclu hesab edirəm. Bilmirəm, alınacamı? Biz bu istiqamətdə heç bir addım atmamışıq. Amma ayıq-sayıqıq. Birdən Ronaldu Braziliyada oynamaq istəyər”.

Ronaldu 2021-ci ilin payızının əvvəlində “Mançester Yunayted”ə qayıdıb. Futbolçu 2021/22 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmçinin oxuyun

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi…” – FOTO

Məlum olduğu kimi, Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər …