Şənbə , İyun 19 2021
Ana səhifə / İdman / “Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə qoşulur

“Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə qoşulur

İsrailin paytaxtı Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin üçüncü günündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq.

Yarışın son günündə kişilər arasında 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), 100 kiloqramda Elmar Qasımov İoakim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) ilə döyüşəcəklər. Ağır çəkili cüdoçular (100 kiloqramdan yuxarı) Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev Serafim Kompanyes (İsrail) ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə cüdoçumuz Davud Məmmədsoy (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Komandamızın digər üzvü – 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub.

Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

Həmçinin oxuyun

“Qala”nın iki idmançısı Yeniyetmələr arasında kecirilən Respublika Birinciliyində fərqlənib…

16-18 iyul 2021 ci il tarixində Yeniyetmələr arasında keçirilən Respublika Birinciliyində “Qala” Taekvondo Klubunun idmançıları …