Şənbə , Noyabr 28 2020
Ana səhifə / İdman / Böyük Britaniya “Breksit”ə görə 35-39 milyard funt sterlinq ödəyəcək

Böyük Britaniya “Breksit”ə görə 35-39 milyard funt sterlinq ödəyəcək

Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün quruma 35-39 milyard funt sterlinq ödəyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

“Ödəniş məbləği artıq müəyyən edilib. Hesablamalara görə, söhbət 35-39 milyard funt sterlinqdən gedir”, deyə T.Mey qeyd edib.

Eyni zamanda Mey bildirib ki, ödənişlə bağlı məsələlər Avropa İttifaqı ilə geniş müzakirə çərçivəsində müzakirə ediləcək

Qeyd edək ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla (Brexit) bağlı referendum keçirilib. Bu il martın 29-da Böyük Britaniya rəsmən ölkənin Avropa İttifaqından çıxma prosesinə başlayıb. Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Böyük Britaniya 2 il müddətində, 29 mart 2019-cu ilə qədər Avropa İttifaqını tərk etməlidir.

Həmçinin oxuyun

İqor Ponomaryov: “Maradonaya qarşı iki dəfə oynamışam” FOTO

“Əfsanəvi futbolçu Dieqo Maradona həyatdan getdi. Yəqin, hamı bütün dünyanın, xüsusilə də Argentinanın onunla necə …