Cümə axşamı , İyun 20 2019
Ana səhifə / İdman / Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazanıb

Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazanıb

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, çempionatın birinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.

Altmış dörd kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranj ilə üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da səkkizdəbir finalda ispaniyalı Adrian Kreusla gücünü sınayacaq.

Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahel ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib.

Bu gün millimizin daha iki üzvü mübarizəyə qoşulacaq. Nicat Həsənov (69 kq) Saymonas Banis (Litva), Amin Kuşkov (75 kq) isə Proton de la Şappel Lakelo (Belçika) ilə görüşəcəklər.

Həmçinin oxuyun

Toğrul Əsgərov millidən kənarlaşdırıldı

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində dəyişlik …