Ana səhifə / İdman / Boksçularımız Boğaziçi turnirində 7 medal qazanıb

Boksçularımız Boğaziçi turnirində 7 medal qazanıb

Türkiyənin İstanbul şəhərində boks üzrə beynəlxalq Boğaziçi turniri təşkil edilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, boksçularımız turnirdən əvvəl qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.

Həmçinin oxuyun

Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın beşinci günündə Azərbaycan millisinin …