Şənbə , Yanvar 29 2022
Ana səhifə / İdman / Boks üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər

Boks üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər

Boks üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər.

Bu haqda məlumatı Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov açıqlayıb.

Bakıda səfərdə olan rusiyalı funksioner bildirib ki, ölkəmiz dünyamiqyaslı turnirlərdən birinə ev sahibliyi edəcək. Bunun hansı yarış olması Azərbaycan Boks Federasiyası ilə müzakirələrdən sonra dəqiqləşəcək: “Azərbaycanda beynəlxalq turnirlərin keçirilməsi gözlənilir. Nəinki beynəlxalq, hətta böyük dünya səviyyəli tədbir gözlənilir. Hələ bunu deməyə hazır deyiləm. Hələlik müzakirələr mərhələsindəyik. Ola bilər ki, bu dünya çempionatı olsun. Bizdə dünya çempionatından başqa dünya kuboku yarışı da var. İndi yarımpeşəkarlar üçün WSB-ni bərpa edirik. Bundan başqa “Çempionlar gecəsi” liqası da olacaq. Dünya çempionatı kimi olan “Qızıl əlcək” yarışı da var. Müzakirə edib nədən başlayacağımıza qərar verəcəyik”.

Qeyd edək ki, dünən Bakıya gələn Kremlyovun səfəri sabah yekunlaşacaq.

Həmçinin oxuyun

“Marsel” – “Qarabağ” oyunu neytral ölkədə keçirilə bilər

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə …