Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İdman / “Blatter mənə təcavüz edib” – millinin qapıçısı

“Blatter mənə təcavüz edib” – millinin qapıçısı

Qadınlardan ibarət ABŞ millisinin qapıçısı Houp Solo FİFA-nın keçmiş prezidenti Zepp Blatterlə bağlı şok iddia səsləndirib.

Qol.az-ın məlumatına görə, BBC-yə danışan 36 yaşlı qolkiper Blatterin ona təcvaüz etdiyini bildirib.

Solonun sözlərinə görə, hadisə 2013-cü ildə “Qızıl top” mükafatının təqdimetmə mərasimi zamanı baş verib. Belə ki, xanım qapıçı mükafatı təqdim etmək üçün səhnəyə çıxarkən Blatterin ona etikadan kənar hərəkət etdiyini söyləyib.

Keçmiş FİFA prezidenti isə birmənalı şəkildə bu xəbəri təkzib edib.

Qeyd edək ki, 17 il FİFA-nın prezidenti olmuş Blatter rüşvət iddialarına görə 2015-ci ildə 6 il müddətinə futboldan kənarlaşdırılıb.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …