Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Bizim üçün asan olmadı” – Qurban Qurbanov

“Bizim üçün asan olmadı” – Qurban Qurbanov

“Əlbəttə, sevindirici haldır. Çempionluğu daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun “Neftçi” ilə oyunundan (3:2) sonra “CBC Sport”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionluğu şərh edən təcrübəli mütəxəssis bugünkü qarşılaşma ilə bağlı da qısaca fikirlərini bildirib:

“Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin, “Neftçi”ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …