Ana səhifə / İdman / “Birinci divizionu ləğv edək, ayrılan pulla futbol məktəbləri açaq” –Musa Qurbanov

“Birinci divizionu ləğv edək, ayrılan pulla futbol məktəbləri açaq” –Musa Qurbanov

Zaqatala” klubunun prezidenti Musa Qurbanov Qol.az saytına müsahibə verib.

– Bu gün AFFA “Turan Tovuz”, “Kəpəz” və “Zaqatala”ya növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün lisenziya vermədi. Qərara münasibəniz necədir? 

– Mən gözləyirdim ki, buraxılmayacağıq. Bölgə klublarının yüksək liqada çıxış etməsi üçün maddi gücü yoxdur. Mən ilk gündən deyirəm ki, ya dövlət səviyyəsində, ya da AFFA tərəfindən proqram hazırlansın. Bölgə klubları üçün maliyyə vəsaiti ayrılıb inkişaf etdirilməsə, çətin olacaq.

– Qərarı komandanız necə qarşılayıb?

– Hər halda komandaya yaxşı təsir edə bilməz. Məcbur strategiyanı dəyişməli olursan. Sabah istədiyin futbolçunu kluba dəvət etmək çətin olacaq. Bura futbolçular Premyer Liqaya qalxmaq ümidi ilə gəlirlər. Bakıdan, digər şəhər və rayonlardan gələn futbolçular var. Bizdən başqa Tovuzu, Gəncəni də qeyd edərdim ki, yüksək liqa üçün mübarizə aparır. Dediyim kimi, belə bir vəziyyət yarananda motivasiya aşağı düşür. Yaxşı təsir göstərmir.

– Bəs, azarkeşləriniz nə deyir?

– Azarkeşlər ümidli idilər ki, komanda Premyer Liqaya vəsiqə qazanacaq. Qərar təzə çıxıb deyə hələ onlarla danışmamışam. Ümumiyyətlə, Zaqatalanın futbol ənənələrini, infrastrukturunu götürsək, Premyer Liqada oynamaq üçün şərait var. Yalnız maliyyə problemi mövcuddur. Gələcəkdə dövlət tərəfindən köməklik göstərilsə, yaxşı olar.

– Çıxış yolunu nədə görürsünüz?

– Subyektiv fikrim budur ki, bir halda ki, belə durum yaranıb, onda bölgə klubları Premyer Liqanı unudub ancaq uşaq futbolunun inkişafı ilə məşğul olsa, vəsait ora yönəldilsə, daha faydalı olar. Birinci divizionu ləğv edərək, ayrılan maliyyə hesabına yaxşı uşaq futbol məktəbləri açıb yaxşı məşqçilər, yaxşı futbolçular yetişdirib uşaq futbolunu inkişaf etdirə bilərik. Onu da AFFA proqram kimi tərtib edib Zaqatala, Tovuz, Gəncədə həyata keçirə bilər. Bu, mənim şəxsi fikrimdir (gülür).

Həmçinin oxuyun

“Qala”nın iki idmançısı Yeniyetmələr arasında kecirilən Respublika Birinciliyində fərqlənib…

16-18 iyul 2021 ci il tarixində Yeniyetmələr arasında keçirilən Respublika Birinciliyində “Qala” Taekvondo Klubunun idmançıları …