Bazar , Noyabr 28 2021
Ana səhifə / İdman / Biri əfsanə oldu, biri başqa klubda parladı… – “La Masiya”nın əlaçı kursantları

Biri əfsanə oldu, biri başqa klubda parladı… – “La Masiya”nın əlaçı kursantları

“Barselona” 1979-cu ildə bir gün öz yetirmələrinin əsas komandada parlaması üçün akademiya inşa etdi. Onlar hazırda “La Masiya” kimi tanınan (Katalon dilində “Təsərrüfat evi” deməkdir), gəncləri yetişdirmək üçün nəzərdə tutulmuş ən müasir akademiyanı işə saldılar. “La Masiya” o vaxtdan bəri xeyli sayda yüksək səviyyəli futbolçular yetişdirdi. Akademiyada futbolun sirlərinə yiyələnən bir çox futbolçu klubda əfsanəyə çevrildi, digərləri isə başqa klublara keçərək yeni meydançalarda böyüdülər. 

Qaynarinfo “La Masiya”nın ən yaxşı kursantlarını təqdim edir:
Aleks Qrimaldo 

İspaniyalı sol cinah müdafiəçisi hazırda dünya futbolunda ən çox diqqət mərkəzində olan futbolçulardandır. Hazırda “Benfika”da oynayan Qrimaldonun “Tottenhem”ə keçiəcəyi ilə bağlı xəbərlər yayılıb. “Barselona” onu 2015-ci ildə əsas komandada bir oyun keçirmədən 1,5 milyon funt-sterlinqə satmışdı. 26 yaşlı müdafiəçi, 2008-ci ildə “Barselona”nın akademiyasına dəvət olunub və 2011-ci ildə B komandasında debüt edib. Qrimaldo “Benfika”ya satılana qədər dörd ilini kataloniyada keçirib. Dani Olmo

Olmo yeni bir çağırış üçün “Barsa”nı tərk edən ən son perspektivli gəncdir. 2020-ci ilin yanvarında Bundesliqa klubu “Leypsiq”ə keçən 21 yaşlı yarımmüdafiəçi “La Masiya”ya doqquz yaşında gəlmişdi. Ancaq 16 yaşında təəccüblü şəkildə klubdan ayrılmaq və “Dinamo” ilə (Zaqreb, Xorvatiya) müqavilə imzalamaq qərarına gəldi. Almaniyaya köçməzdən əvvəl “Barselona”nın onu Kataloniyaya qaytarmaq fikrində olduğu barədə şayiələr yayılsa da hazırda Bundesliqada oynayır və İspaniya yığmasının daimi üzvüdür.
Nayim 

“Arsenal” azarkeşləri Nayimin karyerasında ən məşhur anını xatırlamaq istəməzlər. O, 1995-ci ildə “Topçular”ın qapıçısı Devid Simenə vurduğu fantastik qoldan əvvəl “La Masia”da perspektiv vəd edən gənclərdən idi. Nayim doğma şəhəri Kuetanı tərk edərək 12 yaşında “Barselona”ya qoşulmuşdu. Lakin Terri Venablesin rəhbərlik etdiyi komandada onun şansları məhdud idi. Daha sonra o, “Tottenhem”ə transfer olmuşdu.
Luis Qarsiya

“Liverpul”un keçmiş yarımmüdafiəçisi “Barselona”da iki dəfə çıxış edib. O, 12 yaşı olanda katalon təmsilçisinin B komandasında oynayırdı. Lakin əsas komandada şans qazana bilmədiyi üçün 2002-ci ildə “Atletiko”ya satıldı. “Atletiko”da özünü göstərəndən sonra “Barselona” onu geri aldı. Qarsiya 2004-cü ildə “Liverpul”a transfer olundu. O, 2000/2001 mövsümündə “Tenerife”də də icarə əsasında çıxış edib.
Andre Onana 

“Ayaks”ın qapıçısı 2010-15-ci illərdə “Barselona”da forma geyinirdi. “Samuel Eto Akademiyası”nda futbolun sirlərini öyrənəndən sonra “Barselona”ya qoşulsa da yetərincə qiymətləndirilmədi. Ancaq beş il əvvəl Niderland nəhəngi ilə müqavilə imzalayandan sonra komandasının “1 nömrə”sinə çevrildi. Ötən il dopinqdən istifadə etdiyi üçün 12 aylıq cəzalandırılan qolkiper bu il noyabrın 4-dən əsas komanda ilə məşqlərə başlayıb.
Albert Ferrer

Böyüdüyü şəhərin əsas komandasında – “Barselona”da oynamaq sağ cinah müdafiəçisi Ferrerin arzusu idi. O, 13 yaşında klubla müqavilə imzalandıqdan sonra doqquz mövsüm ərzində 221 La Liqa oyununda meydana çıxdı. 1998-ci ildə o, 2,2 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə transfer olundu və karyerasını da məhz İngiltərə klubunda, 33 yaşında bitirdi.
Pepe Reyna

“Barselona”nın keçmiş qapıçısı Migel Reynanın oğlu olan Pepeyə atasının yolunu davam etdirmək nəsib olub. 1995-ci ildə “La Masiya”ya cəlb olunan Reyna 1999-cu ildən “Barselona”nın ehtiyat komandasında oynayırdı. Reina heç vaxt Camp Nouda olmadı və 2002-ci ildə “Barselona”dan ayrılaraq karyerası boyu müxtəlif klublarda oynadı.
Qulyermo Amor

Benidorm şəhərində doğulmuş Amor 1990-cı illərdə Kroyffun rəhbərliyi altında “Barselona”nın ən vacib oyunçularından birinə çevrildi. O, 1980-ci ildə “La Masiya”ya qoşulmuşdu. Amor “Barsa” ilə birlikdə beş liqa titulu və Avropa kubokunu qazanıb. “Barselona”lı olduğu üçün onun hazırda klubun gənclər sisteminə cavabdehlik daşıması təəccüblü deyil.
Hektor Bellerin

“Arsenal”ın müdafiəçisi “kokney” ləhcəsində danışa bilər, amma o, “Barselona”lıdır. Bellerin kluba qatıldığı zaman səkkiz yaşında idi. Lakin “La Masiya”da keçirdiyi illərdən sonra “Arsenal”a dəvət aldı. Sonradan icarəyə verildiyi “Betis”lə La Liqaya qayıdana qədər Bellerin “Topçular”ın vitse-kapitanı idi. Onun “Arsenal” karyerası artıq bitib.
Serxi Barxuan

İspaniyalı sol cinah müdafiəçisi 1988-ci ildə “Barselona”ya qoşulandan sonra klubun əfsanələrindən birinə çevrildi. “Barselona”nın heyətində 382 oyunda meydana çıxan futbolçu üç liqa titulunu qazandı. O, “Barsa”dakı debütünü səfərdə “Qalatasaray”la keçirdikləri Çempionlar Liqasındakı matçda edib. Kroyffun ona güvəndiyi anlardan etibarən “Barselona”nın dayağına çevrildi. Sonradan isə “Atletiko”ya satıldı. O, hər iki klubda çıxış etdiyi dönəmlərdə ümumilikdə 33 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Tyaqo Motta

“Barselona” heç vaxt ən yaxşı Mottanı görə bilmədi. Pedro kimi o da Braziliya klubu “Atletiko Yuventus”dan gətirildi və B komandasında çıxış etməyə başladı. 2001-ci ildə isə “Barselona”nın əsas komandasında debüt etdi. Lakin dizindən aldığı ciddi zədədən sonra İspaniya klubundan ayrıldı. Nəhayət, o, özünü Joze Mourinyonun rəhbərlik etdiyi “İnter”də tapdı və 2010-cu ildə A Seriyası təmsilçisinin heyətində Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırdı. 
İvan De La Pena

“Kiçik Budda” ləqəbli De La Penanın yeniyetmə vaxtlarında ətrafında səs-küy çox böyük idi. Vunderkind 1991-ci ildə “Rasinq”dən “La Masiya”ya gəldi. Klubda böyük bir gələcək vəd etsə də iş tempindən məyus olan Kroyff və Van Qaal irəliləyişin azaldığını gördü və onunla yollar ayrıldı. Pena Kataloniyanın digər təmsilçisi “Espanyol”la daha çox uğur qazanmağa nail olmuşdu.
Adama Traore

“Vulverhempton”un cinah oyunçusu Traore vaxtilə “Barselona” məşqçilərinin ondan gözlədiyi potensialı məhz İngiltərə klubunda göstərdi. O, səkkiz yaşında İspaniya çempionatlarına qatıldı, 17 yaşında “Barselona”da debüt etdi. Ancaq Cerard Martino və Luis Enrikenin rəhbərliyi altında əsas komandada yer ala bilmədi. Daha sonra İngiltərəyə köçən Traore “Midlsbro”da özünü kəşf etməzdən əvvəl “Aston Villa”da uğursuz bir karyera yaşadı.
Mikel Arteta 

Hazırda “Arsenal”ın baş məşqçisi olan Arteta futbolçu kimi daha çox Premyer Liqada həm indi çalışdırıdğı komandada, həm də “Everton”da oynaması ilə tanınır. Ancaq İngiltərədə bunu etməzdən əvvəl o, uşaqlıq dostu Xabi Alonso ilə  San Sebastian çimərliklərində futbol oynayaraq peşəkar futbolçu olmaq arzusunda idi. O, 15 yaşında “Barselona”ya qoşulsa da əsas komandaya daxil olmaqda çətinlik çəkdi. “Qlazqo Reyncers”də oynamazdan əvvəl isə PSJ-yə icarəyə verildi. O, Alonso ilə birlikdə “Real Sosyedad”ın da uğurları üçün çalışıb.
Viktor Valdes

Valdes klub tarixinin ən yaxşı qapıçılarından biri hesab olunur. O, “Barselona”da 535 oyun keçirib və 6-sı La Liqa, 3-ü Çempionlar Liqası olmaqla 21 titul qazanıb. Ailəsi ilə Tenerifeyə köçəndən sonra onun futbolçu karyerasının bitdiyi düşünülsə də, “Barselona” qapıçı ilə yenidən müqavilə imzaladı. O, 20 yaşında əsas komandada debüt etdi və sürətlə inkişaf etdi. 
Pedro

“Çelsi”nin sabiq cinah oyunçusu “La Masiya”ya gələndə gec idi. Pedro 2004-cü ildə 17 yaşında Kanar adaları təmsilçisi “San ​​Isidro”dan cəlb olunmuşdu. Pep Qvardiola şans verdikdən sonra Pedro, əsas komandanın aparıcı üzvlərindən birinə çevrildi. 2018/19 mövsümündə bir il ərzində altı müxtəlif klub yarışında qol vuran ilk futbolçu ünvanını qazanmışdı. Mauro İkardi

Son günlərdə həyat yoldaşı Vanda Nara ilə yaşadığı problemlərlə gündəmdə olan Argentina millisinin hücumçusu 2008-11-ci illərdə “Real”, “Arsenal” və “Liverpul”un təkliflərini rədd edərək, “La Masiya”da oynadı. Lakin hücumçu İspaniyada özünü göstərə bilmədi və 2011-ci ildə 400 min funt-sterlinq qarşılığında “Sampdoriya”ya icarəyə göndərildi. O vaxtdan bəri Avropada ən çox axtarılan hücumçulardan birinə çevrildi. İkardi həmişə “Barsa”dan ayrılmaq qərarına görə peşmanlıq hissi keçirmədiyini. Çünki bu, onun karyerası üçün fayda olmuşdu.
Jerar Pike 

Qaçıb, amma qəhrəman olmaq üçün geri dönən başqa biri. Pike 1997-ci ildən Messi və Fabreqas ilə “Barselona”da oynayıb. İlk illərində müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən Pikeni “Mançester Yunayted” 2004-cü ildə heç bir ödəniş etmədən heyətinə qatdı. 2008-ci ildə o, 5 milyon funt-sterlinq qarşılığında Kataloniyaya qayıtdı və bu klubda 531 matçda meydana çıxdı. O məşhur müğənni Şakiranın həyat yoldaşıdır. 
Serxio Buskets 

Buskets “Barselona”da öz nəslinin ən böyük yarımmüdafiəçilərindən birinə çevrildi. Gənclik illərində “Badia”, “Barbera Andalusiya”, “Leyda” və “Xabak Terrassa” kimi bir neçə komandada oynasa da, 2005-ci ildə “Barselona”ya gəlib. Qvardiola 2008-ci ildə Busketsi əsas komandaya cəlb etdi. Məşhur ispan mütəxəssis Del Boske onun qabiliyyətləri haqqında belə bir ifadə işlətmişdi: “Bütün oyunu izləsəniz, Busketsi görməyəcəksiniz. Ancaq Busketsə baxsanız, bütün oyunu görəcəksiniz”.
Sesk Fabreqas 

Fabreqas 2003-cü ildə “Arsenal”a transfer edilməzdən əvvəl “La Masiya”da altı il məşq etdi. O, “Barselona”nın əsas heyətində az şans qazanacağına inanırdı. Ancaq “Topçular”ın heyətində o, qısa müddətdə Avropanın ən perspektivli oyunçularından birinə çevrildi. Əvvəl yarımmüdafiənin mərkəzində Patrik Vyeranı əvəzlədi, daha sonra komandasının kapitanı oldu. 2011-ci ildə 35 milyon funt-sterlinq qarşılığında “Barselona”ya qayıtdı. Üç mövsüm (96 oyun) burda çıxış edəndən sonra 30 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə yollandı. Sesk iki dəfə Dünya və Avropa çempionu adını qazanıb O, İspaniya yığmasının heyətində 110 oyunda meydana çıxıb.
Pep Qvardiola 

Yohan Kroyff onu öz nəslinin ən yaxşı yarımmüdafiəçilərindən biri adlandırdı. Qvardiolanın Xavi, İnyesta və Sesk Fabreqas kimi oyunçuların oyun üslubuna böyük təsir göstərdiyini danmaq olmaz. Qvardiola 13 yaşında  “La Masiya”ya qoşulmuşdu. O, “Kadiz”ə qarşı oyunda debüt etdi. 1998-ci ildə Lui van Qal kapitanlıq sarğısını məhz ona verdi. Lakin uzun müddət zədədən əziyyət çəkən Qvardiola 2001-ci ildə A Seriyası təmsilçisi “Breşiya”ya transfer olundu.
Karles Puyol 

1995-ci ildə “La Masiya”ya qoşulandan sonra “Barselona”da çıxış etmiş bənzərsiz futbolçulardan birinə, eyni zamanda oyun tərzi ilə ruhlandırıcı kapitan olaraq qəhrəmana çevrilmişdi. Puyol əvvəlcə yarımmüdafiəçi daha sonra müdafiəçi kimi oynayıb. Müdafiəçi “Malaqa”nın təklifindən sonra klubu tərk etmək fikrinə düşsə də, Qvardiolanın Xaviyə şans verməsindən həvəslənərək qərarını dəyişdi. Qalanı isə tarixdir.
Andres İnyesta 

12 yaşında “Albasete”dən qoparılan İnyesta heç vaxt geriyə baxmadı. O, 2002-ci ildə 18 yaşında “Barselona”da debüt edərək, durmadan yüksəldi. Sonradan o, İspaniyada ən çox titul qazanmış futbolçuya çevriləcəkdi – 35 kubok, o cümlədən 9 dəfə La Liqa titulu və 4 dəfə Çempionlar Liqasını qazandı. 2010-cu ildə Dünya çempionatının finalında Niderlanda vurduğu qolla İnyesta İspaniya yığmasına qızıl medalları qazandırmışdı.
Xavi 

Bir neçə gün öncə “Barselona”nın baş məşqçisi postuna təyin olunan Xavi öz dönəminin ən böyük pleymeykeri sayılırdı. Komandanın məşhur oyun üslubu “tiki-taka”nın təcəssümü olan Xavi 10 yaşında “La Masiya”ya qoşulmuşdu. O yaşda Mixael Laudrup olmasa da, Pol Qaskoyn, Con Barnes və Matt Le Tissyer kimi Britaniya əsilli ulduzları bütövləşdirirdi. Xavi bir dəfə bu ifadələri söyləmişdi: “Barselona”nın əxlaqı ilə tərbiyə olunduğum üçün şanslıyam. Bu mənə komandanın bir parçası olmağın dəyərini öyrətdi. Bu gün sənin, sabah mənim üçün. Belə keyfiyətlər ümumiyyətlə həyat üçün vacibdir”.
Lionel Messi 

Şübhəsiz, “Barselona”da yetişən indiyə qədər klubda oynamış ən yaxşı futbolçu. Messi 2001-ci ildə, 6 yaşında Argentina klubu “Nyuells Old Boyz”dan La Liqa nəhənginə gəlib. Əllərində belə heyrətamiz bir istedad olduğunu anlayan “Barselona” rəhbərliyi böyümə hormonu çatışmazlığı diaqnozu qoyulduqdan sonra onun müalicəsini öz üzərinə götürdü. Lakin onun klubla sevgi münasibəti yayda sona çatdı və argentinalı superulduz Fransa nəhəngi PSJ-yə keçdi.
Mənbə: “The Sun”

Həmçinin oxuyun

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələyib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr “Omoniya”sını cərimələyib. Avropa …