Cümə , Oktyabr 30 2020
Ana səhifə / İdman / Bir milyon avroluq futbolçu rəsmən “Qarabağ”da (VİDEO)

Bir milyon avroluq futbolçu rəsmən “Qarabağ”da (VİDEO)

2018/19-cu illər mövsümünə hazırlığını davam etdirən “Qarabağ” heyətini də gücləndirməyə davam edir.
Ağdam klubu fransalı futbolçu Abdulla Zubiri heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.
Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib.
“Qarabağ”ın 26 yaşlı transferi “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.
Qeyd edək ki, “transfermarket”ə görə Zubirin qiyməti 1 milyon avrodur (“Qafqazinfo”).


Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …