Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İdman / Bir ildə 35 antidopinq qayda pozuntusu aşkar edilib

Bir ildə 35 antidopinq qayda pozuntusu aşkar edilib

2018-ci ildə AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2018-ci ilə dair illik hesabatında bildirilib.

Qeyd olunub ki, bu pozuntuları idmanın ağır atletika (2), güləş (12), boks (5), cüdo (3), velosiped idmanı (2), voleybol (2), taekvondo (7) və atletika (1) növləri üzrə qeyri-əlverişli analiz nəticəsində aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkar edilib.

Hesabatda vurğulanıb ki, il ərzində 1 dəfə dopinq nəzarətindən imtina, 8 dəfə isə məkan məlumatı pozuntusu halları baş verib. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxu anabolik steroid təşkil edib və idmançıların 25 faizi azyaşlı olub. Ümumilikdə 2018-ci ildə 35 antidopinq qayda pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …