Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / “Beşiktaş”ın futbolçuları Azərbaycana müraciət etdi – VİDEO

“Beşiktaş”ın futbolçuları Azərbaycana müraciət etdi – VİDEO

Türkiyə “Beşiktaş”ı Bakıda “Sabah”a qarşı keçirəcəyi oyunla bağlı paylaşım edib.

Videoçarxda İstanbul klubunun yerli və əcnəbi futbolçularının fikirlərinə yer verilib.

Oyunçular xeyriyyə matçı ilə bağlı azarkeşlərə çağırış edərək, onları stadiona səsləyiblər.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Sabah” – “Beşiktaş” görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …