Türkiyə Superkubokunun növbəti qalibi məlum olub.
Belə ki, Qətərdə keçirilən həlledici matçda “Beşiktaş” ilə “Antalyaspor” qarşılaşıb.
“Beşiktaş” matçda hesabı açsa da, “Antalyaspor” bərabərlik qolunu vurub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından matçın taleyi penaltilər seriyası ilə müəyyənləşib. Penaltilər seriyasında isə “Beşiktaş” daha üstün olub – 4:2.