Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Beşiktaş” “Atletiko”ya qalib gəldi

“Beşiktaş” “Atletiko”ya qalib gəldi

Türkiyədə “Beşiktaş” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

“Vodofon Park” stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Daha əvvəl “Qarabağ” Bakıda Türkiyə “Qalatasaray”ı ilə xeyriyyə matçı (1:2) keçirib.//Report

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …