Çərşənbə , Aprel 21 2021
Ana səhifə / İdman / “Beşiktaş” 10 ildən sonra Türkiyə kubokunda finala vəsiqə qazandı

“Beşiktaş” 10 ildən sonra Türkiyə kubokunda finala vəsiqə qazandı

Türkiyə kubokunda ilk finalçı məlum olub.

Yarımfinalda “Başakşehir”i 3:2 hesabı ilə məğlub edən “Beşiktaş” 10 ildən sonra həlledici oyuna vəsiqə qazanıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran “qara qartallar” adını finala yazdırıb.

Türkiyə kuboku

Yarımfinal

“Beşiktaş” – “Başakşehir” – 3:2 (Əlavə vaxtda 1:0)

Qollar: Vensen Abubakar, 17, Domaqoy Vida, 22, Kayl Larin, 102 – Deniz Türüç, 60, Juliano, 77

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda bu gün “Antalyaspor” “Alanyaspor”u qəbul edəcək.

Həmçinin oxuyun

Çempionlar Liqasında komanda sayı artırılacaq – Rəsmi

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib. “Report”un məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin …