Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Belarusda Azərbaycana qarşı erməni təxribatı

Belarusda Azərbaycana qarşı erməni təxribatı

Belarus Respublikasının Oşmyan şəhərində 23-25 mart tarixində klassik pauerliftinq və uzanmış vəziyyətdə ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib.

Azvision.az xəbər verir ki, çempionatda 4 idmançı işğal altında olan Qarabağda yaradılan qondarma qurumu təmsil edib.

Separatçı qurumun adından çıxış edən 83 kq çəkidə Tatul Artyunyan, 66 kq çəkidə Armen Martirosyan və 105 kq çəkidə Yuriy Karoqllanyan yarışda ikinci yeri tutublar. Digər idmançı Arkadiy Zakaryan isə 3-cü olub.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqlarında yaradılan qondarma qurum dünya ölkələri tərəfindən tanınmır və orada yaşayan separatçıların “Qarabağ” adı altında beynəlxalq yarışlara qatılması yolverilməzdir və bu, ölkəmizə qarşı təxribat kimi qiymətləndirilir.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …