Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / İdman / “Belə əlamətdar gündə məğlub ola bilməzdik!” – Mikayıl Cabbarov

“Belə əlamətdar gündə məğlub ola bilməzdik!” – Mikayıl Cabbarov

“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atdı”.

Bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz “Facebook” səhifəsində yazıb.

Federasiya prezidenti qeyd edib ki, idmançılarımız yarışın son günündə 2 qızıl, 1 bürünc medal qazanıb:

“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik!”

“Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazandı”, – deyə Mikayıl Cabbarov bildirib.

Həmçinin oxuyun

“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi – Video

Bu gün Türkiyə Superliqasında “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.  “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, …