Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / BATE – “Qarabağ” oyununun hakimləri açıqlandı

BATE – “Qarabağ” oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsində BATE və “Qarabağ” arasında keçiriləcək cavab matçının hakimləri müəyyənləşib. 
UEFA qarşılaşmanı latviyalı hakimlər briqadasına tapşırıb.
Görüşü Andris Treymanis idarə edəcək. Ona Haralds Qudermanis və Alekseys Spasjonnikovs yardımçı olacaq. Dörüdüncü hakim funksiyasını Aleksandrs Qolubevs yerinə yetirəcək.
Qeyd edək ki, BATE – “Qarabağ” matçı avqustun 14-ü “Borisov Arena”da baş tutacaq və saat 21.00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …