Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Baş məşqçi qovuldu – “Qarabağ”a uduzduğuna görə

Baş məşqçi qovuldu – “Qarabağ”a uduzduğuna görə

Çempionlar Liqasının III təsnifat məhələsində “Qarabağ”ın rəqibi olan APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Kipr mətbuatı isə istefaya səbəb kimi APOEL-in doğma azarkeşləri önündə “Qarabağ”a evdə 1:2 uduzmasını göstərib.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı. Boş qalan posta almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …