Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Baş məşqçi: “Mahir Emreli təlim-məşq toplanışında mütləq bizimlə olacaq”

Baş məşqçi: “Mahir Emreli təlim-məşq toplanışında mütləq bizimlə olacaq”

“Mahirlə qısa, amma çox pozitiv görüşümüz oldu”.

Bunu Polşa “Legiya”sının baş məşqçisi Aleksandr Vukoviç yerli mətbuata müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.

25 yaşlı hücumçunun Varşava təmsilçisindən ayrılacağı ilə bağlı iddiala toxunan 42 yaşlı mütəxəssis onun komandada qalıb-qalmayacağının dəqiqləşmədiyini bildirib: “Emreli təlim-məşq toplanışında mütləq bizimlə olacaq. Ümid edirəm ki, hazırlıq prosesindən sonra da komandada qalacaq. Çünki o, bizim üçün dəyərli futbolçudur”.

Qeyd edək ki, “Legiya” fanatları Ekstraklasanın XVIII turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətdən sonra Varşava klubunun futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.(report.az)

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …