Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / İdman / Baş məşqçi qovuldu – “Qarabağ”a uduzduğuna görə

Baş məşqçi qovuldu – “Qarabağ”a uduzduğuna görə

Çempionlar Liqasının III təsnifat məhələsində “Qarabağ”ın rəqibi olan APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Kipr mətbuatı isə istefaya səbəb kimi APOEL-in doğma azarkeşləri önündə “Qarabağ”a evdə 1:2 uduzmasını göstərib.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı. Boş qalan posta almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir.

Həmçinin oxuyun

Azərbaycan millisinə “Beşiktaş”dan futbolçu çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.Hazırlıq prosesi yanvarın 25-dən fevralın 7-dək …