Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / “Barselona”nın yeni transferi koronavirusa yoluxdu

“Barselona”nın yeni transferi koronavirusa yoluxdu

“Barselona”nın “Mançester Siti”dən aldığı və ötən gün mətbuata təqdim etdiyi futbolçu Fernan Torres koronavirusa yoluxub.
Onun Covid-19 testinin müsbət çıxdığı bildirilib. Klubdan verilən açıqlamada Torreslə yanaşı Pedrinin də Covid-19 testlərinin müsbət çıxdığı, onların sağlamlıqlarının yaxşı olduğu və evlərində karantinə alındıqları açıqlanıb.

Torres ötən gün “Nou Kamp”da keçirilən tədbirdə mətbuata təqdim edilib və klub prezidenti Xuan Laporta da daxil olmaqla bəzi menecerlərlə mətbuat konfransı keçirilib.
İspan futbolçu təqdimat mərasiminin bir hissəsində maskasız halda komanda yoldaşları ilə birlikdə məşq edib.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …