Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Barselona”nın ulduzu Rəşad Sadıqovu arxada qoyub

“Barselona”nın ulduzu Rəşad Sadıqovu arxada qoyub

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az-ın məlumatına görə, Azərbaycan yığmasının siyahıdakı yeganə təmsilçisi Rəşad Sadıqovun mövqeyi dəyişib.

Millidə keçirdiyi 111 oyunla komandamızın mütləq rekordçusu olan 37 yaşlı müdafiəçi 267-276-cı yerlərə şərikdir. O, Qodfri Çitalu (Zambiya), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), İqor Akinfeyev (Rusiya), Alvaro Saborio (Kosta-Rika) və Armando Kuper (Panama) ilə eyni mövqeyi bölüşür.

R.Sadıqovun şəriklərindən biri isə oyun sayını 112-yə çatdıraraq bu futbolçuları arxada qoyub. Bu, Uruqvay yığmasının futbolçusu Luis Suaresdir.

“Barselona”nın ulduzu ABŞ-la dünən keçirilən görüşdə meydana çıxmaqla 2007-ci ildə debüt etdiyi millidə 112-ci oyununu keçirib.

Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …