Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / “Barselona”nın prezidenti Messinin PSJ-yə keçəcəyini təsdiqləyib

“Barselona”nın prezidenti Messinin PSJ-yə keçəcəyini təsdiqləyib

İspaniya “Barselona”sından ayrılan argentinalı futbolçu Lionel Messinin Fransa PSJ-sinə keçəcəyi dəqiqləşib.

“Report”un məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta “Tuttomercatoweb” nəşrinə açıqlamasında deyib.

Funksioner 34 yaşlı hücumçunun Paris klubuna transfer olacağını təsdiqləyib: “Onun “Barselona”da qalmasını istərdim. Bunun üçün hər şeyi etdim. Amma alınmadı”.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə 3 illik müqavilə imzalayacağı və illik 40 milyon avro qazanacağı bildirilib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …