Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / İdman / “Barselona“nın Messiyə 63,5 milyon avro borcu var

“Barselona“nın Messiyə 63,5 milyon avro borcu var

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messiyə olan borcu bəlli olub.

Kataloniya təmsilçisi yanvarın sonunadək 34 yaşlı hücumçuya 72 milyon avro ödəməli idi.

Lakin argentinalı oyunçu 8,5 milyon avro alıb. Beləliklə, klub Messiyə maaş və imic hüquqlarına görə 63,5 milyon avro borcludur.

Qeyd edək ki, İspaniya mətbuatı Messinin 2017-ci ildə imzaladığı 4 illik müqaviləyə əsasən 555 milyon avro qazanmalı olduğunu yazıb. 2005-ci ildən “Barselona”da çıxış edən hücumçunun klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq. Daha əvvəl Kataloniya təmsilçisinin maaşları ödəyə bilmədiyi üçün futbolçulara borclu olduğu bəlli olub.

Həmçinin oxuyun

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb. Onların hamısı …